Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“The Macallan” Şotland viski evi yeni və müasir istehsalat zavodunun açılışını edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“The Macallan” Şotland viski evi yeni və müasir istehsalat zavodunun açılışını edib

(®) Premium-spirtli içkilər istehsalı ilə məşqul olan "Edirngton" beynəlxalq şirkəti, yeni və müasir “The Macallan” viski zavodunun açılışı ilə spirtli içki istehsalçılarına və viski pərəstişkarlarına yeni imkanlarını nümayiş etdirib.

 

Yeni zavod və ziyarətçi mərkəzi 1824-cü ildən dünyanın aparıcı tək dənli viskisinin evi hesab edilən “Easter Elchies” adlanan ərzidə yerləşir. Təvazökar başlanğıclara baxmayaraq, brend dünyanın aparıcı tək dənli viski istehsalçılarından birinə çevrilə bilmiş və ABŞ, Tayvan və Yaponiya da daxil olmaqla dünyanın bir çox ölkələrində lider  mövqeyə sahibdir.

 

Bu viski zavodu “Speyside” ərazisində, dünyaca məşhur beynəlxalq şirkət tərəfindən layihələndirilmiş ilk belə növ tikilidir. Bu layihənin həyata keçirilməsi üçün beynəlxalq müsabiqə əsasında məşhur memarın başçılıq etdiyi “Rogers Stirk Harbor + Partners” şirkətinə həvalə edilmişdi.

 

“Edrington” şirkəti ümumilikdə “The Macallan” brendinə 500 milyon funt sterlinq yatırım etmişdir ki, bunun 140 milyon funt sterlinqi yeni zavodun tikintisinə sərf edilmişdir. Bu investisiya proqramına viski istehsalı, anbarlarda saxlanma şəraiti və ən əsası xüsusilə “The Macallan” üçün istehsal edilmiş palıd çəlləklər daxildir. 

 

Layihə 2012-ci ildə başlanmış və 2014-cü ilin dekabrında  inşaat işlərinə start verilmişdi. Keçən ilin dekabr ayında yeni zavodumuzda ilk istehsala başlanılmış və bu ilin iyun ayının 2-dən etibarən ziyarətçı mərkəzi qonaqlarımız üçün tam gücü ilə fəaliyyət göstərməkdədir. Bu il ərzində ziyarətçi mərkəzinə qonaqların sayının 2 qat artımı və növbəti illərdə bu rəqəmin getdikcə daha da artması  gözlənilir. Yeni inşa edilmiş zavod tələbat yarandığı halda “The Macallan” viskisinin istehsalını 3 dəfə artırmaga imkan verir.

 

Müasir arxitekturanın unikallığı və konstruksiyanın estetik gözəlliyi, ənənəvi Şotland təpələrindən ilhamlanaraq,  yerin yamacında oyulmuş və “Speyside” ərazisinin təbiətinə tam uyğunlaşdırılmışdır. Yeni viski zavodunun təpə formasında inşa edilən dam örtüyü konstruksiya olaraq dünyada mövcud olan ən mürəkkəb və çətin dam örtüyü layihələrindən biri hesab edilir.  Bu dam örtüyü 380.000 bir birindən ayrı element və hissədən ibarətdir.

 

“Edrington” şirkətinin icraçı direktoru Ian Curle yeni inşa edilmiş zavod haqqında bu sözləri demişdir: “Bu Edrington və Macallan üçün çox qürur verici bir məqamdır. Şübhəsiz keyfiyyətə malik Macallan viskisinə böyük tələbat mövcuddur və Biz yeni inşa edilmiş zavod sayəsində gələcəyə əminliklə baxırıq. Bu gələcəkdə artan müştəri tələbatına uygunlaşmaq üçün edilmiş çox düzgün, uzunmüddətli və ambisiyalı yatırımlardır. Ziyarətçi mərkəzi Macallan üçün yeni bir istiqamət olmaqla yanaşı, turizm sahəsinə, Şotland viskisi ixracına və ümumilikdə iqtisadiyyata şübhəsiz böyük töhvələrini verəcəkdir”.

 

“The Macallan” –ın kreativ direktoru Ken Grier yeni inşa edilmiş zavod haqqında fikirlərini belə bildirmişdir: “Macallan viskisinə tələbatın artdığı bir dövrdə, bu möhtəşəm viskiyə tələbin qarşılanması üçün bu layihə çox vacib idi. Biz yeni zavodda istehsal ediləcək viskinin ruhunun, bundan əvvəlki istehsalla eyni olması üçün çox böyük əmək sərf etmişik. Bu hadisə Macallan adlanan markanın təkamül yolunda yeni bir mərhələnin başlanğıcı deməkdir”.

 

Graham Stirk “Rogers Stirk Harbour + Partners” şirkətinin aparıcı memarı yeni inşa edilmiş zavod haqqında fikirlərini bu cür ifadə etmişdir: “Macallan zavodu bizim üçün həqiqətən xüsusi bir yerdir; Həqiqətən sevdiyimiz və hörmət etdiyimiz bir yer. Bu layihəyə baxışımız həmişə iddialı olmuşdur, ancaq bu, dramatik və təsirli bir proje yaratmaq üçün öz düşüncəmizə belə meydan oxumağa imkan verdi. Makallan üçün yeni mərhələnin formalaşmasında zəhmətimin olmağı, mənim üçün böyük şərəfdir ".

 

1824-ci ildə qurulan Macallan, dünyanın ən məşhur və ən çox mükafat qazanmış viskilərindən biridir.

 

“The Macallan” viskisinin nüfuzu “Six Pillars” prinsipinə uygun olaraq, məhsulun tərkibinə və keyfiyyətinə əsaslanır. Əsas üstünlüyü istehsal zamanı keyfiyyətə həddindən artıq diqqət yetirilən “The Macallan” viskisinin əsası Alexander Reid tərəfindən Şotlandiyanın şimal-şərq hissəsindəki Spey çayının yuxarı platosunda qoyulmuşdur. Bu ərazi özündə 150 hektar sahəni birləşdirir və bu ərazinin mərkəzində 1700-cü ildə inşa edilmiş “Easter Elchies House” adlı malikanə mövcuddur.

 

Yeni inşa edilmiş zavod ilə bərabər “The Macallan” viskisi 2018-ci ilin aprel ayından etibarən istehsal etdiyi viski çeşidlərinə yeni və çox cəsarətli bir baxış konsepsiyasına başlamışdır. Dizaynın yenilənməsi müştərilərin və istehlakçiların fikirlərinə əsaslanır, beləki “The Macallan” viski sevərlərin zövqünü təqib edərək və hər bir hadisə üçün xüsusi məhsul təqdim etmək məqsədilə, daima istehsal etdiyi məhsul çeşidlərini yeniləyir.

 

2004-cü ildə istehsalına başlanılan, burbon üçün istifadəedilmiş çəlləklərdə və heres üçün istifadə edilmiş amerika və avropa istehsalı olan çəlləklərdə saxlanılan “The Macallan” viskisinin Azərbaycana rəsmi idxal edilən “Fine Oak” seriyası 2018-ci ildən “Triple Cask Matured” adlanır.

 

“Edrington” şirkəti, “The Macallan”, “The Famous Grouse”,” Highland Park”, “Cutty Sark”, “The Glenrothes”, “Bruga”l və “Snow Leopard” daxil olmaqla dünyanın aparıcı Şotlandiya viskisi, rom və araq markalarına sahibdir.

 

“Edrington” şirkətinin baş ofisi Şotlandiyada yerləşməklə bütün şirkətlərində və birgə müəssisələrində 3000 nəfərdən artıq işçi qüvvəsi çalışmaqdadır. Bu işçilərin 70% xarici ölkələrdə fəaliyyətdədirlər. Şirkət dünyanın 13 ölkəsində ofisə malikdir və digər ölkələrlə birgə müəssisə müqaviləsi və ya üçüncü tərəfin dəstəyi vasitəsilə biznes qurmaqdadır.

 

https://www.youtube.com/user/TheMacallanWhisky

https://www.facebook.com/themacallan/

https://www.themacallan.com/

 

27.08.2018 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ