Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

VTB Bank Azərbaycanın fondunu ziyana salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB Bank Azərbaycanın fondunu ziyana salıb

2016-cı il ilə müqayisədə 2017-ci ilin sonuna səhmlərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində həcmi 9,20%-dən 11,70%-ə qalxmışdır.

 

 “Marja” Fondun illik hesabatına istinadən xəbər verir ki, ARDNF-nin səhm portfelinin lokal valyutada gəlirliliyi il ərzində 10,57% (ABŞ dollarında 16,61%) təşkil etmişdir. ARDNF səhm portfelinin qiymət dəyişkənliyinin azaldılması məqsədi ilə portfelin böyük hissəsini “MSCI World” indeksinə investisiya etmişdir və bu indeksi replikasiya edən səhm portfeli il ərzində lokal valyutada 18,83% (ABŞ dollarında 22,72%) gəlirlilik göstərmişdir. Daxili idarəetmədə olan və “S&P 100” indeksini replikasiya edən portfel il ərzində lokal valyutada 22% gəlirlilik əldə etmişdir.

 

ARDNF 2017-ci ildə də Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan VTB Bankında səhm payına malik olmuşdur. İlin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda -34,29% (ABŞ dollarında -31,09%) təşkil etmişdir.

 

2017-ci ildə “MSCI Europe ex-UK” portfelinin gəlirliliyi avroda 11,93% (ABŞ dollarında 26,98%) təşkil etmişdir.

27.08.2018 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ