Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondu vəsaitlərinin idarə edilməsi üçün 2 xarici menecer cəlb edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu vəsaitlərinin idarə edilməsi üçün 2 xarici menecer cəlb edib

Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər 2017-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 11,4%-i xarici menecerlər tərəfindən idarə edilir.

 
 
 “Marja” Fondun illik hesabatına istinadən xəbər verir ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
 
 
 
ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
 
 
 
Sabit gəlirli qiymətli kağızlar üzrə:
 
 
 
-Dünya Bankı – ARDNF-nin aktivlərinin 228 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,6%-ni) idarə edir.
 
- “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 104 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,3%-ni) idarə edir.
 
 
 
2017-ci ildə ARDNF investsiya portfelinə daxil olan səhmlərin idarə edilməsinə “Mellon Capital Management” və “BlackRock Investment Management”i cəlb edib.
 
Səhmlər üzrə:
 
 
- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 598 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,5%-ni) idarə edir.
 
 
- “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 493 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,2%- ni) idarə edir.
 
 
- “Mellon Capital Management” – ARDNF-nin aktivlərinin 332 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir.
 
- “BlackRock Investment Management”– ARDNF-nin aktivlərinin 315 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir. 
 
 
Qızıla investisiya
 
 
İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 2017-ci ilin sonuna ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızılın Azərbaycana gətirilərək müvəqqəti olaraq ARMB-də saxlanılmasına başlanılmışdır və artıq 2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil etmişdir. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatmışdır.
27.08.2018 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ