Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar nə üçün 2 manatı keçə bilmədi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar nə üçün 2 manatı keçə bilmədi?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məzənnə haqqında rəqəmlər nə deyir?

 

Son günlər manatın xarici valyutalar qarşısında dəyər dəyişikliyi maliyyə bazarında tədirginliyin artmasına səbəb olub. Öncəliklə nəzərə almaq lazımdır ki, iqtisadi sistemin işləyişi ilə bağlı qərarlar müəyyən qeyri-adi hərəkətlənmələrə səbəb ola bilir.


Cari ildə "Üzən məzənnə" sisteminə keçiləcəyi, buna baxmayaraq kəskin məzənnə dəyişiklikləri baş verdikdə Mərkəzi Bankın (MB) bazara müdaxilə edəcəyi elan edilmişdi. Bul il “üzən məzənnə”yə keçdikdən sonra keçirilən hərraclarda pisixoloji təsir ilə manatın ciddi dəyər itirəcəyi gözlənilirdi. Cəhd oldu, amma çox yüksələ bilmədi. Mərkəzi Bankın rəsmiləri də məzənnə hərəkətinin gözlənəndən sakit olduğunu etiraf etmişdilər. Niyə?

 

1. Son 2 ildə dollarlaşma prosesi getmiş və bunun qarşılığında valyuta ala biləcək manat bazası daraldılmışdı. Bu rəqəm uzun müddətdir 7 milyard manat həcmində saxlanılır.


2. MB və Maliyyə Nazirliyi tərəfindən manatda ifadə olunmuş qiymətli kağızları yüksək faiz təklif edərək bankların likvid manat vəsaitlərini cəlb edilmişdir;


3. Qrafikdən göründüyü kimi mütəmadi olaraq nəğd valyuta (xüxusuilə dollar) alqı-satqı həcmi son altı ayda minumum səviyyəyə enmiş və nisbətən stabilləşmişdir. Burada dollar satışına bankların məhdudiyyət tətbiq etməsi həcmin azalmasına ciddi təsir etməsi ilə bərabər, alış istiqamətinin də çox yüksək olmadığı müşahidə olunur.


5.Son 10 ildə hər zaman dövlər büdcəsi xərcləmələrinin açılmasına qədər (mart sonu) iqtisadiyyatda aktivlik aşağı olmuş və bu passivlik xarici valyutaya tələbin az olduğunu deməyə əsas verir.


4. Maliyyə bazarının dərin olmaması və bazarı tənzimləyəcək maliyyə alətlərinin yetərsizliyi bazarın tələblərinə uyğun tənzimləmədə yetərsiz qalmış və sərt hərəkətlərin yaşanmasını stimullaşdırmışdır.


5. Ən əsası yuxardakı şərtlərə bağlı və bazarların ruhuna uyğun olaraq uzun müddət məzənnə üzərindəki basqı düzəliş (korreksiya) hərəkətinə keçmişdir.

 

Cəfər İbrahimli, iqtisadçı- ekspert

12.02.2017 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ