Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın məşhur şirkətinin səhmləri satışa çaxarılıb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın məşhur şirkətinin səhmləri satışa çaxarılıb - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Səba” ASC BFB-də listinqə qəbul edilmişdir


 

Reklam_3_11

27 avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilmişdir.

 

"Marja" Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu gün ticarətə hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm çıxarılacaq (cəmi  4 milyon 790 min 592 manatlıq).

 

Satışa çıxarılan səhm "Səba"nın nizamnamə kapitalına qarşılq gəlir. Belə ki, "Səba" ASC 2017-ci ilin sonunda 4 milyon 790 min 591 manat nizamnamə kapitalına malik idi

 

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Ticarətin başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ1001007595

Adi səhm

“Səba” ASC

2 395 296

(ədəd)

28.08.2018

2 AZN

Alternativ

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

"SƏBA" Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. 

 

"SƏBA"DAN AÇIQLAMA 

 

“Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil”.

 

Bunu “Marja”ya açıqlamasında “Səba”  ASC-nin hüquqşunası Ramil Süleymanov bildirib.

 

“Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində gedən məlumatda texniki yanlışlı görünməkdədir. Belə ki, “Səba”  ASC-nin hər birinin nominal dəyəri  2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satmışdır. Bu şəxs bizə məlum deyil. Bu barədə məlumatı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini  alacağımız  zaman məlum olacaqdır. Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti  “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”,- şirkətin hüquqşunası bildirib.

28.08.2018 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ