Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Meqa Sığorta”nın böyüməsi və gəlirlərinin artması mənfəətində əks olunmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meqa Sığorta”nın böyüməsi və gəlirlərinin artması mənfəətində əks olunmur

“Meqa Sığorta” ASC 2018-ci ilin birinci yarısını 2 milyon 530 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövrünü 2 milyon 551 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, “Meqa Sığorta”nın xalis mənfəəti cüzi azalıb.

 

“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin Yanvar-İyun dövründə “Meqa Sığorta”nın cəmi gəlirləri 14 milyon 828 min manat, cəmi xərcləri isə 11 milyon 666 min manat təşkil edib. Ötən ilin eyni dövründə cəmi  gəlirlər 11 milyon 53  min manat,  cəmi xərclər isə 7 milyon 864 min manat təşkil etmişdi. Şirkətin cəmi gəlirləri 34%, cəmi xərcləri isə 48% artıb.

 

Şirkətin topladığı sığorta haqları 10 milyon 288 min manatdan 15 milyon 14 min manata yüksəlib (46% artım). Sığorta haqlarının artmasına baxmayaraq, “Meqa Sığorta” gəlirin böyük hissəsini özündə saxlamağı bacarmayıb.

 

Şirkəti xərcləri arasında ən çox təkrarsığortaya verilmiş sığorta haqları artıb. Ötən ilin ilk 6 ayında 3 milyon 679 min manat olmuş haqlar, cari ilin 6 ayında 8 milyon 479 min manat təşkil edib (23 dəfə artım).

 

“Meqa Sığorta”nın xərcləri artdığından əməliyyat mənfəəti ötən ilin birinci yarısındakı 3 milyon 188 min manatdan bu ilin eyni dövründə 3 milyon162 min manata düşüb.

 

30 İyun 2018-ci il tarixində “Meqa Sığorta” 41 milyon 791 min manat cəmi aktivlərə malik olub. Şirkət ötən ilin sonunda  35 milyon 521 min manat cəmi aktivlərə malik idi

 

“MEQA SIĞORTA”NIN SƏHMDAR TƏRKİBİ

 

30 İyun 2018-ci il tarixində, Əliyev Rauf Zeynal oğlu (19%), Əliyev Zeynal Hacıməmməd oğlu (10%), İsmayılova Nəzakət Zakir qızı (19%), Quliyev Zaur Zakir oğlu (19%) Qurbanov Yaşar Feyzi oğlu (14%), Məmmədova Fərəh Fərahim qızı (19%) "Meqa Sığorta"nın səhmdarları olub.

 

30 İyun 2017-ci il tarixində isə şirkətin səhmdarları  Əliyev Rauf Zeynal oğlu (19%),  Əliyev Zeynal Hacıməmməd oğlu (19%), İsmayılova Nəzakət Zakir qızı (19%), Quliyev Zaur Zakir oğlu (19%), Qurbanov Yaşar Feyzi oğlu (15%),İsmayılov Eldar Əli oğlu (9%)  idi.

 

Qısası, İsmayılov Eldar Əli oğlu səhmdarlar sırasını tərk edib və onu Məmmədova Fərəh Fərahim qızı əvəz edib. Zeynal Əliyevin payı 19%-dən 10%-ə, Yaşar Qurbanovun payı isə 15%-dən 14%-ə düşüb. Onların payını da Fərəh Məmmədova əldə edib.

28.08.2018 09:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ