Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“SƏBA”dan səhmlərinin satışı ilə bağlı AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SƏBA”dan səhmlərinin satışı ilə bağlı AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil”.

 

Reklam_3_11

Bunu “Marja”ya açıqlamasında “Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov bildirib.

 

“Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində gedən məlumatda texniki yanlışlıq görünməkdədir. Belə ki, “Səba”  ASC-nin hər birinin nominal dəyəri  2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satmışdır. Bu şəxs (səhmləri alan - Marja) bizə məlum deyil. Səhmdarın adı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini alacağımız zaman bizə məlum olacaqdır.Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”,- şirkətin hüquqşunası bildirib.

 

Xəbər verdiyimiz kimi, Bakı Fond Birjasının (BFB) yaydığı məlumata görə, 27 avqust 2018-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilmişdir. Məlumatda qeyd edilib ki, bu gün, hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm ticarətə buraxılıb (cəmi  4 milyon 790 min 592 manatlıq).

 

BFB-nin məlumatına istinad etsək, ticarətə buraxılan səhmlər "Səba"nın nizamnamə kapitalına qarşılq gəlir (hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm). "Səba" ASC 2017-ci ilin sonunda 4 milyon 790 min 591 manat nizamnamə kapitalına malik olub. 

28.08.2018 10:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ