Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Elmar Vəliyev işdən niyə çıxarıldı? - Səbəb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elmar Vəliyev işdən niyə çıxarıldı? - Səbəb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.

 

Hakimiyyətə yaxın etibarlı mənbədən verilən məlumata görə, Gəncədəki bəlli hadisələrdən sonra merin dəyişdiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənsə də, E. Vəliyevin öz vəzifəsində saxlanacağı ilə bağlı ehtimallar da var idi. Son günlər elektron KİV və sosial şəbəkələrdə onun müalicə aldığı tibb müəssisəsində özünün gəzməsi və yemək yeməsini əks etdirən video görüntülərin yayılması da sonuncu ehtimalları artırmışdı.

 

E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır. Belə ki, sözügedən görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© "Qafqazinfo"

28.08.2018 14:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ