Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kredit ödənişindən yayınan bir neçə iş adamı həbs edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit ödənişindən yayınan bir neçə iş adamı həbs edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccesBank”ın şikayəti əsasında tanınmış biznesmenin həbs edilməsi hadisəsi ilə bağlı yeni faktlar məlum olub.

 

Nərimanov rayon Məhkəməsindən əldə edilmiş məlumata görə, bankın Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilmiş yeganə biznesmen Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov deyil. Bildirilir ki, “AccesBank” kredit götürərək müxtəlif formada ödənişdən yayınan bir neçə iş adamı barəsində hüquq-mühfizə orqanlarına müraciət edib.

 

Həmin biznesmenlər arasında bir müddət əvvəl xuliqanlıq və dələduzluq kimi cinayətlərdə təqsirli bilinən 1961-ci ildə Şirvan şəhərində anadan olmuş Xanməmmədov Azadxan Allahqulu oğlunun da adı var. Belə ki, A.Xanməmmədov bankdan götürdüyü külli miqdarda pul kreditini geri qaytarmaqdan imtina edib.

 

Nəticədə ümumilikdə cərimə və faizlərlə birlikdə 5 milyon manatdan artıq (3 milyon dollar) kredit borcu yaranıb və bu səbəbdən də bank iş adamının barəsində müvafiq tədbirin görülməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

 

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha əvvəl isə o, xuliqanlıq əməlində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

A.Xanməmmədovun adı bir sıra digər qalmaqallarda da hallanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Avtosfer

28.08.2018 14:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ