Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta bazarının göstəriciləri açıqlandı - 42% ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının göstəriciləri açıqlandı - 42% ARTIM

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 milyon manat məbləğində sığorta haqları toplanıb, 145.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

 

Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

2017-ci ilin  yanvar-iyul dövründə 322 milyon 820 min manat sığorta haqları toplanmış, 144 milyon 8 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, yığımlar 42,5%, ödənişlər isə 1,3% artıb.

 

Artımın əsas səbəbi, illik müqayisədə həyatın yaşam sığortası üzrə yığımların 79,8 milyon manatdan 152,9 milyon manata yüksəlməsidir. 

          

Cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat, ödənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

 

2018-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (əlavə olunur).

28.08.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ