Mobil manşet üstü reklam-3_21

"Turistin ehtiyacı olan xidmətlərin 1 platformda təqdim olunmasını hədəfləyirik" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Turistin ehtiyacı olan xidmətlərin 1 platformda təqdim olunmasını hədəfləyirik" - MÜSAHİBƏ

Müsahibimiz turizm sahəsində yeni onlayn xidmətlər təqdim edən “Lets GO” şirkətinin rəhbəri - Ziya Rəhbərli ilə müsahibə


 

-Hörmətli Ziya bəy, zəhmət olmasa ilk olaraq Lets Go haqqında məlumat verərdiniz, daha sonra suallarımız olacaq.


-Lets GO Azərbaycan turizm sənayesinə həm yeni, həm də yeni olmayan xidmətləri ən müasir formada təqdim edən platformaya sahib yeni bir brenddir. Platforma hal hazırda özündə transfer, sürücü xidməti (nəqliyyat ilə) və yerli turları təqdim edir və hər bir şəxs bu xidmərtləri onlayn sifariş edə bilər. Onlayn sifarişləri etmək üçün lets-go.travel ünvanına müraciət etmək lazımdır. Əvvəlcədən də oxucularınıza bildirim ki, platformanın istifadəçiləri ölkəmizə gəlmək istəyən turistlər, iş adamları, qonaqlardır.


Ən böyük töhvəmiz isə yerli otellərə, tur şirkətlərinə, korporativ şirkətlərə, o cümlədən Azərbaycana turist göndərən müxtəlif təşkilatlaradır. Onlar üçün (biz onları B2B tərəfdaşlar adlandırırıq) ayrıca proqram təminatı yaratmışıq və müxtəlif maraqlı təkliflərimiz var. Təkliflərin təfərrüatları ilə oxucuları yormaq istəmirəm, ona görə aidiyyati qurumların əməkdaşları birbaşa olaraq bizə müraciət edib tərəfimizdən təqdimat ala bilərlər. Onu deyə bilərəm ki, 10 təqdimatdan 9-u əməkdaşlıq müqaviləsinə gətirib çıxarır və bu nəticə bizə həm ruh verir, həm də düzgün istiqamətdə hərəkət etdiyimizi bildirir.

 

Qurduğumuz işin əsas prinsipi Azərbaycan bazarında fəliyyət göstərən, eyni zamanda yüksək tələblərə cavab verən nəqliyyat xidmətləri, ölkədaxili turlar, ekskursiyalar təşkil edən fərdi şəxslərin və şirkətlərin xidmətlərini platformamız üzərindən təklif edib satmaqdır. Yüksək tələblər dedikdə biz öz standartlarımızı nəzərdə tuturuq – son 5 ilə məxsus nəqliyyat vasitələri, fərdi qəza sığortası, xarici dil bilən təcrübəli və peşəkar sürücülər, lisenziyalı bələdçılər və s.

 

-Demək həmin fərdi şəxslər və xidmət göstərən şirkətlər müraciət edərək platformadan qeydiyyatdan keçib sifarişlər alırlar?

 

-Proses siz deyən formada baş versə də sifarişlər almaq bir az vaxt tələb edir. Məsələ burasındadır ki, ölkədə turizmdə nəqliyyat standartları tətbiq olunmur və nəzarətdən kənardadır. Bu baxımdan həmin standartların tətbiqini biz özümüz etməli oluruq. İlk olaraq yüksək tələblərə hazır olan fərdi şəxs və şirkət nümayəndələri lets-go.travel saytında onlar üçün yaradılan xüsusi bölmədə qeydiyyatdan keçməlidirlər. Bizim əməkdaşlar müraciəti dəyərləndirib ehtiyac bilinənlər ilə əlaqə saxlayıb görüş təyin edirlər, tələblər bir daha müzakirə olunur. Görüşün nəticəsi olaraq uyğun tərəfdaşlara müqavilə təqdim olunur, sürücü aplikasiyasından (Letsgo Driver) istifadə qaydaları təlimi keçirilir. Qeyd etməliyəm ki, nəqliyyat təhcizatçımız mütləq VÖEN və bank hesabı sahibi olmalıdır. Bundan sonra sifarişlər həm elektron poçta, həm də sürücü aplikasiyasına ötürülür və nəqliyyat təhcizatçısı sifarişi icra edir.

 

-Taksi xidməti ilə başqa hansı fərqlilikləriniz var? Transfer və sürücü xidməti dedikdə nəyi nəzərdə tutursunuz?

 

-Taksi xidməti ilə əsas fərqimiz elə daha əvvəl sadaladıqlarım, yəni yüksək xidmət səviyyəmiz və onun ən müasir, innovativ formada təqdimatıdır. Müştərilərimiz əvvəlcədən gediş haqqı barədə məlumatlı olurlar, 11 kateqoriya nəqliyyat vasitəsi sifariş etmək imkanları var, safirişi saytda tam və ya qismən ödəyərək bütün məlumatları elektron formada (email vasitəsi ilə) alırlar, təyin olunan nəqliyyat vasitəsini izləmə imkanına sahib olurlar. Qiymətlərə 1 saat pulsuz gözləmə, avtomobildə wifi, su, meyvə və s. daxildir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunurlar. Başqa fərqlərimiz odur ki, transfer xidmətində minimal tarifə 25 km. məsafə daxildir, taksi kimi qısa məsafəyə getmək üçün uyğun deyil, sifarişi minimum 1 neçə saat qalmış etmək lazımdır, eyni zamanda çox uzun müddət əvvələ də (məs. 3 ay sonra) etmək mümkündür.

 

2-ci suala gəldikdə, transfer xidməti dedikdə 1 nöqtədən başqa nöqtəyə çatdırılma, məsələn, hava limanı-otel, şəhər-rayon və s. nəzərdə tutulur.

 

Sürücü xidməti isə 2 bölmədən, saatlıq və günlukdən ibarətdir. Hər 2 halda müştəri zamanına uyğun olaraq xidmətdən yararlana bilər. Ölkəyə gələn qonaqlar, iş adamları üçün çox yararlı olan xidmət növüdür.

 

-Hər sualın cavabında maraqlı məlumatlar verirsiniz, demədiyiniz nəsə qaldı?

 

-Əlbəttə demədiyimiz çox şeylər qaldı, amma çox danışmaqdansa 1 dəfə dadına baxmaq lazımdır məncə. Potensial müştərilərimizi təəccübləndirməyə hələ çox sürprizlərimiz var…

 

-O zaman layihənin ideya müəllifinin kim olması, haradan qaynaqlandığı, necə hayata keçirilməsi barədə məlumat verin zəhmət olmasa.

 

-Layihənin ideya müəllifi elə özüməm. Bu sahədə ixtisaslaşan böyük beynəlxalq şirkətlərin təcrübəsini öyrənərək onların ən yaxşı tərəflərini Azərbaycan qanunvericiliyinin tələbləri əsasında həyata keçirmişik. Qeyd edim ki, proqram təminatı Lets GO şirkətinin sifarişi ilə 1 il ərzində xarici və yerli proqramçılar, dizaynerlər, başqa mütəxəssislər tərəfindən hazırlanıb, müəlliflik hüququ da şirkətə məxsusdur.

-Layihə uğurlu olacağı təqdirdə digər ölkələrdə də fəaliyyəti nəzərdə tutmusunuzmu?

 

-Əlbəttə! Layihənin əsas məqsədi onu beynəlxalq səviyyəyə çatdırmaqdır, Azərbaycan bazarından başlamağımızın bir neçə səbəbi var. 1-İlk ölkənin vətənimizin olması vacibliyi, 2-yerli bazarı daha yaxşı tanımağımız, 3-inkişaf edən turistik bazar, 4- xidmət təqdimatına görə yerli otel, tur şirkətləri, korporativ şirkətlər üçün alternativsiz seçim olmağımız.

 

-B2B tərəfdaşlara, yəni əsasən otel, tur agentliklər, avia şirkətlərə hansı maraqlı təklifləriniz var? Onlarla hansi formada çalışmağı nəzərdə tutmusunuz?

 

-Sadaladığınız hər bir fəaliyyət sahəsinə aid ayrıca həm təkliflərimiz, həm də çalışma formamız vardır, ona görə yalnız ümumi müddəaları söyləyə biləcəm. B2B tərəfdaş müqavilə imzalayan andan etdiyi sifarişlərdən komissiya almağa başlayır və onun üçün özəl yaradılan şəxsi kabinetə sahib olur. Şəxsi kabinet vasitəsilə bütün sifarişlərin detallı məlumatı, komissiya gəlirləri, maliyyə hesabatı və s. məlumatları əldə edir. Təqdim etdiyimiz platforma B2B tərəfdaşın saytına (öz brendinqinə uyğun) inteqarasiya olunarsa, hətta özünün xəbəri olmadan sayt vasitəsilə sifariş qəbul edə bilər. İnteqrasiya növlərimiz isə çoxdur və müxtəlifdir.

 

Qeyd etdiyim imkanlar təqdim edə biləcəyimizin müəyyən bir hissəsidir. Ona görə fəaliyyət sahəsindən asılı olaraq biz B2B tərəfdaşlarımıza individual təkliflər veririk. Maraqlı olan şirkətlər saytımızda qeydiyyat bölməsinə müraciət edə bilərlər.

 

-Çox maraqlı və dəyərli layihəyə imza atmısınız. Gələcək planlarınız bizim üçün çox maraqlıdır!?

 

-Yaxın gələcək planlarımız bizə artıq müraciət edib əmakdaşlıq etmək istəyən çoxsaylı şirkətlərin sorğularını cavablandırıb, tərəfdaşlıq müqavilələrinin imzalanmasına nail olmaqdır. Eyni zamanda onlardan daxil olan sifarişləri düzgün şəkildə emal edib peşəkarlıqla icra olunmasını təmin etməkdir. Daha sonra daxili infrastrukturumuzu genişləndirmək, əlavə yeni əməkdaşlar cəlb etmək niyyətindəyik.

 

Bu ilin sonunadək isə platformaya bir neçə böyük xidmətlər əlavə olunacaq:

 

-Otel, hostel, şəxsi evlər bronlaması;

-Aviabiletlərin satışı;

-Səyahət sığortası satışı;

-Onlayn viza.

 

Qeyd olunan xidmətlərlə bağlı işlər artıq gedir, bitdikdən sonra test olunaraq mövcud xidmətlərin sırasına qoşulacaqdır.

 

Turistin ehtiyacı olan bütün xidmətlərin 1 platforma üzərindən təqdim olunması Lets GO üçün ilk hədəfdir.

 

-Ziya bəy, səmimi söhbətə görə sizə təşəkkür edir, maraqlı, eyni zamanda məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm.

 

-Mən sizə layihəmizə göstərdiyiniz marağa görə, peşəkar münasibətinizə görə təşəkkür edirəm.

30.08.2018 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ