Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Belə davam etsə, sığorta şirkətləri “cəzalandırılacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belə davam etsə, sığorta şirkətləri “cəzalandırılacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Qəza nəticəsində  avtomobilimə dəyən zərər ekspert tərəfindən 4500 manat civarında qiymətləndirilmişdir. Sığorta şirkəti isə cəmi 2000 manat məbləğində sığorta ödənişini verdi” - dost-tanışlardan belə şikayətləri tez-tez eşidirik. Təəssüf ki, avtomobil sahibinin məsuliyyəti ilə bağlı icbari sığortada hələ də belə hallar  tam aradan qaldırılmayıb.  Sığorta hadisəsi baş verdikdə zərərçəkənlərə sığorta ödənişləri tam və ya ədalətli şəkildə ödənilmir. Bununla əlaqədar olaraq narazı qalan zərərçəkənlər sön ümid yeri olan sığorta sahəsində nəzarət funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edirlər.

Reklam_3_11

 

Maliyyə sahəsində yaranmış bu cür ədalətsizliklərə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının son qoya biləcəyinə ümidlər böyükdür. Faktiki olaraq 2016-cı ilin yazından fəaliyyətə başlayan Palata maliyyə sahəsində, o cümlədən sığorta sektorunda islahatlara başlayıb.Maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlılığını təmin edilməsindən başqa Palatanın əsas funksiyalarında biri də sığortalıların və zərərçəkənlərin hüquqlarının qorumasıdır.

 

Palata zərərçəkənlərin müraciətləri ilə bağlı araşdırmalar aparır və müvafiq tədbirlər həyata keçirir. 2016-cı il tarixində təkcə sığorta ödənişlərinin verilməsi ilə bağlı Palata sığortaçılara 80-dən çox icrası məcburi olan göstərişlər vermişdir. Palata tərəfindən aparılan islahatlar nəticəsində sığorta ödənişlərin verilməsində imtinaların və  dəymiş zərərlərin ədalətsiz qiymətləndirilmələrin sayı azalıb.

 

“Marja”nın sığorta sektorundakı mənbəsindən əldə etdiyi məlumata görə, Palata fəaliyyətinə başladıqda ilkin olaraq sığorta şirkətlərində yoxlamalar aparıb və bir sıra şirkətin maliyyə dayanıqlığında problemlər və kapital yetərsizliyi aşkar edib. Şirkətlərin maliyyə sabitliyinin bərpa edilməsi üzrə bir sıra önləyici tədbirlər görülüb və hazırda da görülməkdədir. Təsisçiləri kapitalın artırmasına və ya yeni investorun cəlb edilməsinə nail olmadığı üçün Palata tərəfindən “Alfa Sığorta” şirkətinin lisenziyası geri çağırılıb. Mənbənin verdiyi məlumata görə, ümumilikdə 10 sığortaçının kapital yetərsizliyi müəyyən olunub. Artıq onlardan 4-ü (“Azərqarant”, “Buta Sığorta”, “Qarant Sığorta” və “Beynəlxalq Sığorta Şirkəti” ) könüllü ləğvetmə ilə bağlı Palataya müraciət edib. Digər şirkətlər üzrə isə nəzarət gücləndirilib.

 

Həmçinin, Palata tərəfindən qanunsuz endirimlərin və dempinqlərin qarşısının alınması, icbari sığorta şəhadətnamələrin satışı üzrə boşluqlarının aradan qaldırılması məqsədi ilə tədbirlər həyata keçirilir. Əsasən qanunsuz endirimlər sığorta vasitəçiləri tərəfindən sığortalılara təqdim olunduğundan onların fəaliyyəti üzrə daimi monitorinqlər həyata keçirilir. Haqsız rəqabətə səbəb olduqları üçün 210 sığorta agentin lisenziyaları dayandırılıb, 167 sığorta agentinin lisenziyası isə ləğv edilib.

 

QİYMƏTİ DÖVLƏT TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLMİŞ SIĞORTA ŞƏHADƏTNAMƏLƏRİ ENDİRİMLƏ SATILIR

 

Təəssüf ki, qanuna zidd haqsız rəqabət bu gün də davam etməkdədir. Sığorta şirkətləri  icbari qanunvericiliyin tələblərinə riayət etmirlər. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının satışını həyata keçirən bir çox sığorta şirkəti bazardan daha çox pay əldə etmək məqsədi ilə bəzi sığorta agentləri vasitəsilə avtomobil sahiblərinə nadir hallarda kiçik endirimlər təklif edirlər. Məsələn, 1600 m3 litr mühərrik həcminə malik olan avtomobilə görə icbari sığorta təminatı üçün 75 manata alınmalı olduğu halda, 7 % endirim etməklə 70 manata təklif olunur. Nəticədə nadir hallarda bu  növ üzrə sığorta dövlətin təsdiq etdiyi tarifdən aşağı qiymətə satılır. Agentlər 10 müştəridən 15% qazanmaq əvəzinə, 100 müştəridən 10% qazanmağa üstünlük verirlər.

 

Bildiyimiz kimi, sığorta agentləri bağlanılan müqavilə üzrə sığorta haqqının 15%-ədək hissəsini komisyon haqqı (mükafat) şəkilində sığortaçıdan ala bilirlər. Sığorta agentləri də aldıqları 15%-lik komisyon haqları çərçivəsində sığortaolunana endirim təklif edirlər. Əvvəllər agentlər rəsmi  komisyon haqqı  ilə bərabər qeyri-rəsmi şəkildə də komisyon alırdılar  ( komisyon haqları cəmi 35-40% təşkil edirdi) və müştəriyə sığorta şirkətindən alacaqları mükafat çərçivəsində daha böyük endirimlər təklif edirdilər. Palata yaranandan sonra bu sahədə aparılan nəzarət tədbirləri qeyri-rəsmi komsiyon mükafatların və endirimlərin kəskin azalmasına səbəb olmuşdur.

 

YENİ MEXANİZM TƏTBİQ EDİLİR

 

İcbari sığorta müqavilələrinin elektron qaydada bağlanılmasına keçməklə bu mənfi hala son qoyulacağı ümid edilirdi. Lakin sığorta şirkətləri və agentlər endirim edib daha çox sığortas atmaq üçün elektron sistemə qarşı mexanizm yaradıblar.

Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır. Bu məqsədlə İcbari Sığorta Bürosu, onun iştirakçısı olan sığorta şirkətləri və (Azərbaycan Respublikası Mərkəzi Bankının) Hökumət Ödəniş Portalı  arasında texniki inteqrasiya tam təmin edilmişdir.

 

 “Marja”nın apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, bir sıra sığorta agentləri 5-8% endirimli sığorta haqqını müştəridən nağd qəbul edir və Hökumət Ödəniş Portalı vasitəsilə sığorta şirkətinin hesabına özlərinə məxsus olan debet kartları vasitəsi ilə müştərinin adına sığorta haqqını tam (endirimsiz məbləği) köçürürlər. Qanunvericiliyə uyğun olaraq agentlər sığorta şirkətindən toplam 20% (15% komisyon, 5% işlərin aparılması xərci) komisyon alırlar. Agentlər öz komisyon haqqından  müştəriyə 5-8% endirim edirlər. Yekunda, agentin müştəridən (sığortaolunandan) nağd qəbul etdiyi endirimli sığorta haqqı və sığorta şirkətindən alınan komisyon muzd, birlikdə, onlayn köçürülmüş sığorta haqqı məbləğindən artıq olur. Artıq olan məbləğ agentin qazancı olur.

 

YA TARİFLƏR AŞAĞI SALINACAQ, YA DA “DAXIL” SİSTEMİNƏ KEÇİLƏCƏK

 

“Marja”nın sığorta sektorundan əldə etdiyi məlumata görə, Palatada İcbari Sığorta Bürosunun üzvü olan və bazarda əsas paya malik olan sığortaçılarla görüş keçirilib. Görüşdə icbari sığorta təminatlarının satışı ilə bağlı problemlər üzrə müzakirələr aparılıb və Palata tərəfindən bildirilib ki, endirimlərin verilməsi, yekunda sığortaçının dayanıqlılığının və maliyyə sabitliyinin zəifləməsinə və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxardır. Əgər sığorta şirkətləri və sığorta agentləri bu qanun pozuntusuna son qoymasalar Palata bir sıra ölkələrdə tətbiq olunan tədbirləri həyata keçirə bilər, o cümlədən sığorta tariflərin aşağı salınmasını və ya “sığorta daxılı”nın yaradılmasını.

 

Mənbədən aldığımız məlumata görə, Palata araşdırmalar və təhlillər nəticəsində belə bir qənaətə gəlib ki, iki devalvasiyadan sonra avtomobil ehtiyat hissələrinin bahalaşmasına baxmayaraq, şirkətlər agentlərə yüksək komisyon haqları ödəyir, onlar da müştərilərə endirimlər təklif etməkdə davam edirlər. Əgər zərərlilik yüksək olsaydı, komisyon haqların məbləği aşağı salınardı, endirimlər də edilməzdi. Buradan belə bir nəticəyə gəlmək olar ki, böyük komisyon haqların və endirimlərin mövcud olması bu növ üzrə yüksək mənfəətlilikdən irəli gəlir.

 

Ola bilsin ki, bəzi şirkətlər  endirimlərin  bir hissəsini sığorta ödənişlərinin azaldılması hesabına verirlər. Endirimlər və agentlərə ödənilən mükafatlar artıdqca zərərlilik əmsalı da yüksəlir. Belə ki, endirim və yüksək komisyon haqları sığorta şirkətlərinin işlərin aparılması xərclərini artırır və sığorta şirkətləri sığorta ödənişinin həyata keçirilməsi üçün kifayət qədər vəsait toplaya bilmirlər. Sonda bu növ üzrə zərərliliyin aşağı salınması üçün yeganə bir yol qalır – sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün verilməli olan sığorta ödənişinin azaldılması. Bu da nəticədə ümumiyyətlə, sığortaya və sığorta şirkətlərinə inamın azalmasına gətirib çıxardır.

 

Palatanın mövqeyiə əsaslıdır. Belə ki, ötən ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi sığorta ödənişləri 39 milyon manat artıb. 39 milyon manatlıq artımın 31 milyon manatı həyatın yığım sığortasının payına düşür, bu da müqavilə müddətlərinin başa çatması ilə əlaqədardır. İki devalvasiya nəticəsində nəqliyyat vasitələrinin ehtiyat hissələrinin qiymətindəki yüksək artımın fonunda yığımların 15%, sığorta ödənişlərinin isə təxminən 6-7% artması, prosesin tam sağlam və qanuna uyğun getməsi ilə bağlı şübhə doğurur. Ehtiyat hissələrinin qiyməti artsa da sığortaçıların bu növ üzrə zərərliliyi eynidir. Burada bir səbəb ola bilər: zərərçəkmişlərə verilən sığorta ödənişlərinin azaldılması.

 

İcbari sığorta növləri ümumiyyətlə sığorta bazarının həm artım “drayveri”, həm də həm mənfəətliliyin əsas mənbəsi rolunu oynayır. İcbari sığortalar arasında ən böyük zərərlilik avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətin icbari sığortasında olsa belə, yenə bu növ kifayət qədər mənfəətli və sığortaçılar üçün cəlbedici sığorta növüdür. Belə ki, orta bazar göstəricisi üzrə bu sığorta növündə bütün xərclər, o cümlədən agentlərə verilən mükafatlar daxil olmaqla belə zərərlilik əmsalı 80%-i aşmır.

 

 “SIĞORTA DAXILI” ŞİRKƏTLƏRİN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRA BİLƏR

 

Mənbə bildirib ki, Palatanın mövqeyinə görə, sığortaçılar və sığorta agentləri icbari sığorta sahəsində qanunsuzluqları davam etdirdiyi təqdirdə icbari sığorta sistemi mahiyyətcə dəyişilərək “daxıl” sisteminə  keçirilə bilər. “Daxıl” İcbari Sığorta Bürosunun bazasında da yaradıla bilər. “Daxıl” sistemi tətbiq edildiyi təqdirdə sığortaçılar agent rolunda çıxış edəcəklər. Sığotaçılar topladıqları sığorta haqlarını “daxıl”a köçürəcəklər və “daxıl”dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə 10-15 faiz komisyon haqları ödəniləcəkdir. Yəni, sığorta şirkətinin funksiyasını “daxıl”, agentin funksiyasını isə sığorta şirkəti həyata keçirəcəkdir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunmasına töhfə verəcək. Qeyd edilən sistem qabaqcıl beynəlxalq təcrübədən irəli gəlir.

 

Qeyd edilən sistemin tətbiqi sığortaçıları çətin vəziyyətə sala bilər. 2016-cı ildə  icbari sığorta bazarı üzrə  ümumilikdə 168 milyon manat sığorta haqqı toplanmışdır. Əgər belə bir dövrdə sığortaçılar 168 milyon manatlıq dövriyyədən məhrum edilərsə (bu vəsaitlər hüquqi şəxs olan “daxıl”ın hesabında toplanır), bu qərar onların maliyyə vəziyyətlərinə  çox mənfi təsir edə bilər. Çünki sığorta şirkətləri topladıqları sığorta haqları ilə yanaşı həmçinin bu vəsaiti investisiya edərək əlavə gəlirlər də əldə edirlər. “Sığorta daxıl”ı modeli tətbiq edilərsə, şirkətlər belə bir imkandan məhrum olacaqlar. Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçılarla görüşlərdə elan edib ki, onun əsas məqsədi maliyyə bazarlarının dayanıqlığını təmin etmək və istehlakçıların hüquqlarını qorumaqdır.

 

İCBARİ SIĞORTA ÜZRƏ MÖVCUD ŞƏRTLƏR HANSI HALDA DƏYİŞDİRİLMƏYƏ BİLƏR?

 

Mənbənin sözlərinə görə, Palata şirkətlərə bəyan edib ki, mövcud şərtlər saxlanıla bilər. Lakin bunun üçün agentlərə böyük komisyon muzdun verilməsinə və müştərilərə endirimlərin edilməsinə son qoyulmalıdır, istehlakçılara edilən sığorta ödənişlərinin məbləği qanunvericiliyin tələblərinə cavab verməlidir . 

 

Sığorta şirkətləri gəlirli olan icbari sığortadan pay almaqüçün sağlam rəqabət aparmalıdırlar: Xidmət səviyyəsi yüksəldilməli, müştərilər incidilməməli, ödənişlər düzgün edilməlidir.

 

Həmçinin Palatanın verdiyi məlumata əsasən, ölkədə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi üzrə ekspert institutunun yaradılması gözlənilir. Qiymətləndirməyə cəlb olunan ekspertlər peşəkar keyfiyyətlərə malik olmaqla yanaşı həmiçinin müvafiq attestasiyadan keçməli olacaqlar. Sığorta vasitəçilərlə (sığorta agenti və sığorta brokeri) bağlı böyük dəyişikliklər gözlənilir.

 

Ölkədə bəzi hallarda sığorta agenti fəaliyyətinə lisenziya almadan sığorta agenti fəaliyyəti həyata keçirilir. Bu fəaliyyəti həyata keçirən şəxslər beynəlxalq praktikada “subagent” adlanır. Bununla əlaqədar olaraq subagentlərin fəaliyyətinin tənzimləmək üçün sığorta agenti institutunda da böyük dəyişikliklər gözlənilir. Palatanın verdiyi məlumata görə subagentlərin institutunun yaradılması istiqamətində artıq müvafiq işlər aparılır.

 

© Marja

13.02.2017 06:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ