Ən yuxarı statik reklam-3_3

Neft üçün daha bir kritik gün

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft üçün daha bir kritik gün
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün OPEC istehsal azaldılması razılaşmasından sonrakı ilk hesabatını açıqlayacaq. Razılaşmaya əməletmə səviyyəsi barədə açıqlanacaq göstəricinin neftin qiymətinə istiqamət verə biləcəyi gözlənilir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) OPEC-in istehsal azaldılması razılaşmasına 90% ilə rekord səviyyədə əməl etdiyini və tələbin gözləniləndən daha sürətli artdığını açıqlamasından sonra neft bahalaşır.

 

IEA, cümə günü etdiyi açıqlamada, Səudiyyə Ərəbistanının istehsalı öhdəlik götürdüyündən daha çox azaltdığını və yüksək tələbin bazarın yenidən tarazlaşmasına kömək olduğunu qeyd edib.

 

OPEC bu gün Bakı vaxtı ilə 15:00-da aylıq hesabatını açıqlayacaq. Bu hesabat, 1 Yanvar 2017-ci il tarixində başlayan istehsal azaldılması razılaşmasından sonrakı ilk istehsal rəqəmlərini ortaya qoyacaqdır. 

 

Digər tərəfdən Baker Hughes Inc-ə görə, ABŞ-da aktiv qazılan neft quyularının sayı 2015-ci ilin Oktyabr ayında bu yana ən yüksək səviyyəsinə çıxıb.

 

1 Yanvar 2017-ci il tarixində qüvvəyə minmiş istehsal azaldılması razılaşmasından bəri neftin qiyməti 50 dolların üzərində qalır. Razılaşma Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə arasında imzalanıb. 

 

Goldman Sachs Group Inc., keçən həftə etdiyi qiymətləndirmədə, istehsal azaldılmasının təsiri ilə ilin ilk yarısında bazarda defisit yaranacağını və ABŞ-da neft anbarlarındakı ehtiyatların idxalın azalması ilə əlaqədar olaraq geriləyəcəyini qeyd edib.

 

Bu mərhələdə, qiymətlər bir kolidorda sıxışmış vəziyyətdədir. ABŞ-da artan şisr nefti istehsalı bu anda qiymətlərdəki yüksəlişi önləyir.


Analitiklər bildirilər ki, əgər OPEC istehsal azaldılmasına əməl etdiyini təsdiq etsə, neft qiymətləri bu səviyyələrdən daha da yüksələ bilər.


Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Qərb Teksas nefti (WTI) Nymex birjasında cüzi bahalaşaraq 53.86 dollardan,  Brent nefti Londonda ICE Futures Europe birjasında 0,05% bahalaşaraq 56.73 dollardan əməliyyat olunub. 

13.02.2017 04:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ