Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklar kart müştərilərini böyük sayda itirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar kart müştərilərini böyük sayda itirib

2017-ci ildə bankların kredi kartlarının sayı 379 min ədəd azalaraq 31 Dekabr 2016-cı il tarixində 631 min ədədə düşüb.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, kredit kartlarının sayı 2015-ci ilin əvvəlindən bəri azalıb. Belə ki, 2015-ci ilin Yanvar ayının sonunda kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Beləliklə, təxminən ötən 2 il ərzində kredit kartlarının sayı 2 dəfədən çox azalıb.

 

Ötən il 2015-ci ilin sonu ilə müqayisədə debet kartlarının sayı (əməkhaqqı, sosial və digər debet kartları) 53 min min ədəd artaraq 31 Dekabr 2016-cı il tarixinə 4 milyon 703 min ədədə çıxıb.

 

Ötən il debet kartlarından əməkhaqqı kartlarının sayı 101 min ədəd artaraq 2 milyon 552 min ədədə, sosial kartların sayı isə 54 min ədəd artaraq 1 milyon 521 min ədədə çatıb. Digər debet kartlarının sayı isə 102 min ədəd azalaraq 630 min ədədə düşüb. 2015-ci ilin ortalarında digər debet kartlarının sayı 900 min ədəd civarında idi.

 

Ötən il 2015-ci ilin sonu ilə müqayisədə Azərbaycanda cəmi ödəniş kartlarının sayı (debet və kredit kartlafı daxil) 325 min ədəd azalaraq 5 milyon 334 min ədədə düşüb. 2015-ci ilin əvvəlində cəmi kartların sayı 6 milyon ədəddən çox idi.

13.02.2017 05:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ