Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta”dan yeni məhsul - QİYMƏTİ 5 MANATDAN BAŞLAYIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”dan yeni məhsul - QİYMƏTİ 5 MANATDAN BAŞLAYIR

Azərbaycan sığorta bazarında daim yenilikləri ilə fərqlənən “Qala Sığorta” bu dəfə xaricə səfər edən şəxslər üçün “Əmin Qala Bilərsiniz“ adlı yeni könüllü sığorta məhsulunu təqdim edib.

 

Məhsulun yaradılmasında əsas məqsəd xaricə səfər edən müştərilərin əmlakı və onun yaxınları ilə bağlı baş verə biləcək riskləri təminata almaqdan ibarətdir.    

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, yeni məhsul sığorta bazarı üçün hazırlanan xüsusi paket məhsul olaraq öz fəqrli və sərfəli şərtləri ilə seçilir. Belə ki, paket şəklində təqdim olunan məhsul özündə bir neçə sığorta növünü, o cümlədən “əmlak sığortası”, “səyahət sığortası” və “tibbi sığorta” xidmətlərini birləşdirib. 

 

Yeni  paket məhsulda əmlak sığortası üzrə sığorta təminatı 3 məbləğdə təklif olunur:  

 

5 000 manat məbləğində olan təminat:

 

Sığorta müddəti (səyahət günləri)

Sığorta məbləği (hər bir təminat üzrə ayrılıqda)

Sığorta haqqı

              3-5

Daxili təmir işləri üzrə:  2 000,00 AZN

5

 

Daşınar əmlak üzrə:       2 000,00 AZN

 

              6-10

Mülki məsuliyyət üzrə:   1 000,00 AZN

7

 

10 000 manat məbləğində olan təminat:

 

Sığorta müddəti (səyahət günləri)

Sığorta məbləği (hər bir təminat üzrə ayrılıqda)

Sığorta haqqı

3-5

Daxili təmir işləri üzrə:  4 000,00 AZN

9

 

Daşınar əmlak üzrə:       4 000,00 AZN

 

6-10

Mülki məsuliyyət üzrə:   2 000,00 AZN

10

 

15 000 AZN məbləğində oan təminat:

 

Sığorta müddəti (səyahət günləri)

Sığorta məbləği (hər bir təminat üzrə ayrılıqda)

Sığorta haqqı

3-5

Daxili təmir işləri üzrə:   5 000,00 AZN

13

 

Daşınar əmlak üzrə:         5 000,00 AZN

 

6-10

Mülki məsuliyyət üzrə:   5 000,00 AZN

15

     

Məhsulun digər üstünlükərindən biri məhsulu alan müştərinin tibbi sığortanın təcili yardım xidmətləri və təcili ambulator poliklinika xidmətlərindən, eləcə də hüquqi məsləhət xidmətindən də yararlana bilməsidir.  Belə ki, paket üzrə tibb xidmətlərinə bir şəxs üçün sığorta haqqı 3-5 gün üçün 30 AZN, 6-10 gün üçün isə 50 AZN müəyyən olunub. Bu xidmətdən yalnız xarici ölkələrə səyahət edən şəxlər istifadə edə bilər.

 

Qeyd edək ki, istər biznes, istərsə də istirahət üçün səfər edən müştərilər özünün və yaxınlarının (qanunla müəyyən edilmiş yaxın qohumlar) rahatlığını düşünərək bu məsulu əldə edə bilərlər. Müştəri səfərdə olduğu müddətdə müştərinin yaxın qohumları paket məhsulda nəzərdə tutulmuş tibbi xidmətlərin imkanlarından asanlıqla faydalana biləcəklər. 

 

Hüquqi dəstək xidməti də məhsulun maraqlı və ayrılmaz hissəsi sayılır. Bu xidmətlərə nümunəvi sənədlərin və təlimatların təmin edilməsi, beynəlxalq hüquq əsasında bütün hüquqi məsləhətlər, Avropa Hüquq Xidməti şirkətinin xarici ölkələrdə fəaliyyət göstərən hüquqşünaslarının məsləhətləri daxildir.   

 

Məhsulun şərtləri ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyənlər (99412) 377 10 10 və ya (99450) 253 55 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

29.08.2018 11:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ