Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"AzerGold” qızılını Neft Fonduna satacaq - "MÜQAVİLƏ HAZIRLANIR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzerGold” qızılını Neft Fonduna satacaq - "MÜQAVİLƏ HAZIRLANIR"

"AzerGold” QSC hasil etdiyi qızılın Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) satışına dair müqavilənin hazırlanması üzrə işləri başa çatdırır.

 

Reklam_3_11

Bu barədə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.

 

"Hazırda “AzerGold” fondun müvafiq müraciəti əsasında müqavilə (qızıl satışına dair) üzərində işi yekunlaşdırmaq üzrədir. Daha sonra hasil etdiyimiz qızıl ARDNF-ə veriləcək və bununla da fondun qızıl ehtiyatı Azərbaycan qızılının hesabına da formalaşacaq”. – deyə o, AzTV-yə müsahibəsində bildirib.

 

"AzerGold"un məlumatına görə, 2017-ci ilin aprel ayından bu günədək cəmiyyət “Çovdar” yatağından hasil edilmiş 81,1 min unsiya qızıl və 120,5 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 180 mln. manatdan çox gəlir əldə edib.

 

"AzerGold" QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

 

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© İnterfaks-Azərbaycan 

29.08.2018 11:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ