Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

3 ev qəzalı vəziyyətə düşüb, 150-yə yaxın tikilidə çatlar yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 ev qəzalı vəziyyətə düşüb, 150-yə yaxın tikilidə çatlar yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lerik, Lənkəran və Astara rayonlarında zəlzələ nəticəsində 150-yə yaxın evdə çatlar yaranıb.

 

Avqustun 28-də Lerik rayonunda baş verən 5.1 bal gücündə zəlzələ nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində rayon fövqəladə hallar komissiyalarına müraciətlər daxil olub. 

 

Ümumilikdə, Lerik rayonunda 50-yə yaxın tikilidə kiçik və orta həcmli çatlar yaranıb. Ziyan dəyən evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir. 

 

Lənkəran rayonunda isə rəsmi məlumata görə 100-ə yaxın evə ziyan dəyib. Rayonun dağlıq yaşayış ərazilərində üç ev qəzalı vəziyyətə düşüb. Ən çox Rvo kənd inzibati dairəsinin Rvo, Mollakənd, Əşlə, Şovu kənd inzibati dairəsinə məxsus olan Siyablı, Şovu, Türkəkəran, Diryan, İstisu qəsəbəsindəki evlərə ziyan dəyib. 

 

Bundan başqa, Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü - 20-yə yaxın tikilidə irili-xırdalı çatların yaranması barədə xəbər verilib. 

 

Hazırda rayon fövqəladə hallar komissiyaları işini davam etdirir. 

29.08.2018 13:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ