Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng yükdaşıma şirkəti Azərbaycandakı təmsilçisini dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng yükdaşıma şirkəti Azərbaycandakı təmsilçisini dəyişdi

Dünyada ən iri yükdaşıma şirkətlərindən biri olan “FedEx Express” Azərbaycanda onu təmsil edən şirkəti dəyişib.

 

Reklam_3_11

“Marja”nın əldə etdiyi məlumata görə, “FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı "Azəri Ekspress" şirkətidir.

 

“Marja”nın sorğusuna cavab olaraq, "Azəri Ekspress" şirkətinin direktoru Şaiq Qəribzadə məlumatın doğru olduğunu təsdiqlədi. Onun sözlərinə görə, 2018-ci ilin 1 sentyabr tarixindən etibarən "Azəri Ekspress" şirkəti “FedEx Express”in Azərbaycandanda yeni xidmət təminatçısı olaraq fəaliyyət göstərəcəkdir.

 

““FedEx Ekspress”in ölkədəki yeganə xidmət təminatçısı kimi "Azəri Ekspress" şirkətini təyin etməsi mövcud əməliyyatlarının və gələcək bazar tələblərinin qiymətləndirilməsinə əsaslanaraq seçilmişdir”- Şaiq Qəribzadə əlavə etdi.

 

"Azəri Ekspress" şirkəti göndərişlərin (bağlamaların) qəbulu və paylanmasını təmin etməklə bərabər, gömrük sənədləşməsi məsələsində də müştərilərə dəstək verəcəkdir.

 

Xatırladaq ki, "Azəri Ekspress" şirkəti 1997-ci ildən həm də “TNT” şirkətinin Azərbaycanda təmsilçisidir.

 

Qeyd edək ki,  2015-ci ildə ABŞ-ın "FedEx" şirkəti, Hollandiyanın logistika xidmətləri qrupuna daxil olan "TNT Ekspress"i 4,8 milyard dollara satın almışdır. "FedEx" bu satınalma ilə Avropadakı əməliyyatlarını genişləndiririr.

03.09.2018 11:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ