Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İri holdinq 20 min ton süd üçün heyvandarlıq kompleksi tikir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri holdinq 20 min ton süd üçün heyvandarlıq kompleksi tikir

Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” tərəfindən 1625 hektar sahədə aqropark yaradılmışdır. Aqroparkda pivot suvarma sistemi quraşdırılmış, texnika alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnika üçün qaraj tikilmişdir. Burada 490 hektar buğda sahəsindən 4761 ton, 791 hektar arpa sahəsindən 1938 ton məhsul əldə edilmişdir.

 

“Marja” Hacıqabul Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, hazırda aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq kompleksində son tamamlama işləri həyata keçirilir.İlkin mərhələdə 496 baş cins iribuynuzlu mal-qara gətirilmişdir. Heyvanların gətirilməsi davam etdirilir.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Rayonun Meyniman kəndində 1936 hektar sahəsi olan “Muğan Agro” MMCyə məxsus aqroparkda infrastruktur yaradılmış, iki ədəd mal damı, bir ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqropark su, işıq və təbii qazla təmin olunmuşdur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir.

 

Ötən il hər birinin sahəsi 2 hektar olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. 150 hektar sahədə buğda, 245 hektar sahədə arpa, 144 hektar sahədə yonca, 20 hektar sahədə soğan, 80 hektar sahədə pambıq, 250 hektar sahədə qarğıdalı əkilmiş, 57 hektar sahədə meyvə bağı salınaraq, onun ümumi sahəsi 114 hektara çatıdırılmışdır. Bundan əlavə, illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq kompleksi yaradılmışdır.

30.08.2018 06:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ