Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avro 1.16 dollaradək ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.16 dollaradək ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dolların gələcək qiymətinə təsir edə biləcək fundamental hadisələr, Almaniyadan statistik məlumatlar diqqət mərkəzindədir. Brent nefti isə bahalaşır.


 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən avqust ayının minimum səviyyələri ətrafında ticarət edilir. Amerikanın mənzil bazarı ilə bağlı statistik göstəricilərin mənfi açıqlanması dolların yenidən ucuzlaşmasına təsir edib. Lakin bununla yanaşı, son günlər Amerikanın Meksika və Kanada ilə yeni ticarət sazişinin razılaşdırılması diqqət mərkəzindədir. Bu həftə artıq ilkin açıqlamaların verilməsi gözlənilir.

 

Avro 1.17$-ın altında ticarət edilir

 

Beləliklə, EUR/USD məzənnəsi 1.17$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.16$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:00 və 16:00-da müvafiq olaraq açıqlanacaq Almaniyanın əmək bazarı və inflyasiyası ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə təsir edə biləcəyi gözlənilir.

 

Brent nefti 77$-a kimi bahalaşdı

 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 77$-a kimi dəyər qazanıb və sözügedən səviyyənin üzərində möhkəmlənərsə, 80$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarında son bir neçə həftədir gözlənilməz səviyyədə azalmalar neftə olan tələbin yüksək olduğunu göstərir. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

30.08.2018 07:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ