Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

8 milyarddan 5 milyard manatlara düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 milyarddan 5 milyard manatlara düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 Dekabr 2016-cı il tarixinə bankların ev təsərrüfatlarına verdiyi kreditlər (istehlak kreditləri) 5 milyard 858,7 milyon manat təşkil edib. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 2 milyard 525 milyon manat və ya 30,1% azdır. 2015-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlərin məbləği 8 milyard 383,6 milyon manat idi. Qeyd edək ki, 2015-ci ilin 5 ayında istehlak kreditlərinin məbləği 8 milyard manatdan çox olub.

 

Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən 35,6%-ə düşüb.

 

Qeyd edək ki, ipoteka kreditləri daxil daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər də ev təsərüfatlarına verilən kreditlərə daxil edilir. Əslində istehlak kreditlərində daha kəskin azalmanı ipoteka kreditlərinin artımı bir qədər kompensasiya edib. Belə ki, 5 milyard 858,7 milyon manat istehlak kreditlərinin 1 milyard 703,5 milyon manatını  daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 161,1 milyon manat artıb.

 

İstehlak kreditləri  - avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.

 

Qeyd edək ki, 31 Dekabr 2016-cı il tarixinə cəmi kredit qoyuluşları 16 milyard 444,6 milyon manat təşkil edib. Kredit qoyuluşlarının 1 milyard 472,6 milyon manatının və ya 9%-nin ödəmə vaxtı keçib.

13.02.2017 06:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ