Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Paytaxtın seçilən premium yaşayış kompleksi: “Renessans Palace”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paytaxtın seçilən premium yaşayış kompleksi: “Renessans Palace”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Paytaxtda inşa edilən premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir.

 

Dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.  3 hektar ərazini əhatə edən kompleks özünə xas üstünlüklərlə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir.

 

Ətraf mühit

 

İlk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir.

 

Sözügedən kompleks həyətinin sahəsi ilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir (1.5 hektar). Xüsusi landşaft dizayna malik həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub. Burada qaçıq zolağı, idman meydançaları olan meşətipli həyət salınır.

 

Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır.

 

Bundan əlavə, “Renessans Palace”ın ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zalı, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək.

 

Daxili üstünlüklər

 

Qranit elementlərlə bəzədilmiş travertin daşlı bloklara daxil olduqda Yaponiya istehsalı 3 liftlə mərtəbələrə qalxmaq mümkündü. 16 mərtəbəli binaların hər mərtəbəsində 3-4 mənzilin olduğunu nəzərə aldıqda bu sayda liftin də premium standartları artıqlaması ilə ödədiyini qeyd etmək olar.

 

Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq –  3.35 metrdir. Mənzillərin daxilində sərbəst planlamaya imkan verilir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

 

Parkinq

 

Premium yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) avtomobil dayanacağının nəzərdə tutulması standartdır. Hər iki növ parkqinq ərazisinin mövcudluğuna, parkinq yerlərinin mənzillərin sayına olan nisbətinə görə (1084 mənzilə qarşı 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parklama yeri) “Renessans Palace” Bakıda yerləşən əksər yaşayış komplekslərindən seçilir.  

 

Paytaxtda premium seqment mənzil almaq istəyənlər bu nüansları nəzərə almalıdır.

30.08.2018 10:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ