Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə istehsalı başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə istehsalı başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Azərbaycanda ilk dəfə olaraq Pivot Suvarma sistemlərinin texnologiyasının istehsalına başlayıb. Bu barədə STP-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Reklam_3_11

Məlumata görə, bu yenilik daxili bazarın təlabatını ödəməklə yanaşı, dünyada “Made in Azerbaijan” brendinin inkişafına da təkan verəcək:

 

Məlumatda deyilir ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Həmçinin, texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir. Hansı ki, bunun vasitəsi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir.

 

Məlum olduğu kimi, pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müəssisədə yığılır.

 

Sumqayıt Texnologiyalar Parkı texnologiyanın istehsalında ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir. Texnologiyanın hazırlanmasında istifadə edilən bir çox detallar STP-nin öz istehsalı olduğundan qarşılıqlı əməkdaşlıq yüksək fayda verir.

 

Pivot sistemləri dünyanın ən müasir və səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, itkiyə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır.

 

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib.

30.08.2018 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ