Bu gündən ixrac edilən mis gömrük rüsumuna cəlb ediləcək
Bu gündən Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək
Bu, Nazirlər Kabinetinin 12 yanvar 2017-ci ildə dərc edilən və bu gün qüvvəyə minən “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra, fevralın 12-də qüvvəyə minir. Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.
Qərar 5 il müddətində qüvvədədir
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 7 saat əvvəl
-
9 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 12 saat əvvəl