Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çində Azərbaycan məhsullarına böyük maraq - DANIŞIQLAR APARILIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çində Azərbaycan məhsullarına böyük maraq - DANIŞIQLAR APARILIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan məhsulları “6-ci Çin-Avrasiya” Sərgisində təqdim olunur


 

Avqustun 30-da Çin Xalq Respublikasının Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Bu barədə Nazirliyin məlumatında deyilir.

 

Sərgi sentyabrın 1-dək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçininn iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş  ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir.

 

İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.

30.08.2018 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ