Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Unla çörəyin istehsalı və satışı daha iki il ƏDV-dən azad olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unla çörəyin istehsalı və satışı daha iki il ƏDV-dən azad olunur

Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.


Onun sözlərinə görə, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.


Qeyd edək ki, bu ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi qəbul olunarsa, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 2 il artırılacaq.

 

F. Məmmədov onu da qeyd edib ki, Azərbaycanda quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək.

 

Qeyd edək ki, 2016-cı ilin yanvarında buğdanın idxalı və satışı, həmçinin un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonunadək başa çatmalıdır.

®APA

14.12.2016 10:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ