Ən yuxarı (mobil)-2_30

2018-də Azərbaycan və Gürcüstan arasında ticarət 1 milyard dollar təşkil edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-də Azərbaycan və Gürcüstan arasında ticarət 1 milyard dollar təşkil edə bilər

Azərbaycan və Gürcüstan 2019-2020-ci illərdə qarşılıqlı ticarət dövriyyəsini 50-60 faizə qədər artıra bilər. Gürcüstanın baş naziri Mamuka Baxtadze belə hesab edir.

 

Reklam_3_11

“Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar və əlaqələrimiz sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır”, - deyə o, bu gün prezident İlham Əliyevlə görüşdə bildirib.

 

Baş nazirin sözlərinə görə, hər iki ölkənin regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurları var.

 

“Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik”, - deyə M.Baxtadze vurğulayıb.

 

O əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi daha da artmaqdadır. “Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik”, - deyə baş nazir qeyd edib.

 

Onun sözlərinə görə, sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlıq səmərəlidir. “Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik”, - deyə M.Baxtadze bildirib.

30.08.2018 18:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ