Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

8 sığorta şirkətinin ödənişləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 13-nün ödənişləri azalıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 804 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,25 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta"dır. Bu şirkətin ödənişləri ötən 7 ayda 9,116 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 18,3% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 4,507 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 63,15% azalaraq 11,245 milyon manata düşüb.

 

6 sığorta şirkətinin yığımları azalıb

 

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nün yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb.

 

Hesabata əsasən, ötən 7 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 228 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 17,15 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Atəşgah Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 7 ayda 23,073 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,5% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 3,86 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 30,8% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 0,4% azalaraq 15,418 milyon manata düşüb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

31.08.2018 06:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ