Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Önəmli göstəricilər böyük maraqla gözlənilir - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Önəmli göstəricilər böyük maraqla gözlənilir - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya valyuta birjalarında dollar aparıcı valyutalar arasında dəyər itirsə də, inkişaf etməkdə olan ölkə valyutalarına nisbətdə dəyər qazanır.


 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən indeks avqust ayının minimum səviyyələri ətrafında ticarət edilməkdə davam edir. Belə ki, EUR/USD məzənnəsi 1.17-1.16$ aralığında, GBP/USD valyuta cütlüyünün qiyməti 1.30$ ətrafında dalğalanmaqdadır. Lakin digər inkişaf etməkdə olan dövlətlərin milli valyutalarına nisbətdə isə bahalaşır. Nəticədə Rus rublu və Türk lirəsi müvafiq olaraq 2 və 14% dəyər itirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Cari tendensiyaya təsir edən fundamental amil, beynəlxalq platformada Amerika ilə digər ölkələr arasında ticarət münasibətlərinin yenidən formalaşdırılmasıdır. Bu fonda yaranan siyasi gərginliklər və iqtisadi risklər də ölkə valyutalarının qiymətlərində öz əksini tapır.

 

Dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən indeks avqust ayının minimum səviyyələri ətrafında ticarət edilir. Amerika hökümətinin Mərkəzi Bankın siyasətini tənqid etməsi, dolların aparıcı valyutalar arasında ucuzlaşmasına səbəb olmuşdur və iyul ayının minimum səviyyələrinə kimi də 1% ucuzlaşması ehtimalları artır.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

31.08.2018 06:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ