Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yerli şirkətlər Qətərdə sərgidə iştirak edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli şirkətlər Qətərdə sərgidə iştirak edəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqustun 30-da Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında Qətərin Doha şəhərində təşkil ediləcək “Birinci Beynəlxalq Məhsullar Sərgisin”də iştiraka dair yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

 

Reklam_3_11

 İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş tədbirdə qida, sənaye, xidmət, İKT və digər sektorlarda fəaliyyət göstərən 30-dan çox şirkətin təmsilçisi iştirak edib.

 

Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda “Made in Azerbaijan” brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

 

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, “Birinci Beynəlxalq Məhsullar Sərgisin”də iştirak qaydalarına dair suallar cavablandırılıb.

31.08.2018 07:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ