Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 MANATDAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 MANATDAN

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və təhsil sahəsində fəaliyyət göstərən şəxslər üçün Abşeron rayonu, Saray qəsəbəsində (Masazır gölünün yaxınlığında) yaşayış kompleksi tikilir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, kompleksdə mənzillərin 1 kvadrat metri kreditlə 470 manata, nağd  isə 430 manata təklif olunur.

 

Kompleksdə nağd ödənişlə 1 otaqlı (48,2 və 55,1 kv.m) mənzillər 20 min 726 manata və 23 min 693 manata, 2 otaqlı mənzillər (79,4 kv.m, 83,7 kv.m, 88,5 kv.m və 90,4 kv.m) 34 min 142 manatdan 38 min 872 manatadək qiymətlərə, 3 otaqlı mənzil (111,4 kv.m) isə 47 min 902 manata təklif olunur.

 

Kredit 36 ay müddətinədək verilir. Mənzili 24 ay kredit ilə alan zaman ilkin ödəniş 10%, 30 ay kredit ilə alan zaman 20%, 36 ay  müddətində isə 30% təşkil edir. Kreditlə mənzil, nağd alışdan təxminən 2-5 min manat bahadır. Məsələn, kredit ilə 1 otaqlı 48,2 kv.m-lik mənzil 22 min 654 manata, 2 otaqlı 79,4 kv.m mənzil 37 min 318 manata, 3 otaqlı 111,4 kv.m mənzil isə 52 min 358 manata satılır. Aylıq ödəniş 440,49 manatdan başlayır və 1018 manatadək qalxır (aylıq ödənişməznilin sahəsindən və müddətdən asılıdır.)

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Mənzillər yalnız AMEA əməkdaşları və təhsil sahəsində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Məktəb müəllimləri də mənzil almaq üçün müraciət edə bilərlər. Kompleksdən mənzil sahibi olmaq üçün lazımi sənədlərlə (iş yerindən arayış və şəxsiyyət vəsiqəsi) satış ofisinə yaxınlaşmaq lazımdır.

 

“Elm və təhsil sahəsində fəaliyyət göstərən şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində, mümkün qədər minimal qiymətlərlə həmin şəxslərə xidmət etməyə çalışırıq. Buna əlavə olaraq qeyd etmək istərdik ki, sözü gedən ərazi AMEA-a məxsus olmaqla yanaşı, ekoloji təmizliyi, əlverişli infrastrukturu ilə seçilir”,- “Science City” Yaşayış Kompleksindən bildirilib.

31.08.2018 08:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ