Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.

 

QSC-dən “Marja”ya daxil olmuş məlumata görə, külçə və sikkələrin hazırlanması Cəmiyyətin inkişaf strategiyası əsasında icra olunur. Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır. 999.9 əyarlı külçə və sikkələrin istehsalı və “AzerGold” brendi altında təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcəkdir.

 

Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd olunacaq.

31.08.2018 10:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ