Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çinin Liaonin əyaləti Bakı Limanı ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin Liaonin əyaləti Bakı Limanı ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Çinin Liaonin əyaləti Bakı Limanı ilə əməkdaşlıq əlaqələrini müzakirə edib.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini Li Cencının başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında olub. Səfərin məqsədi yeni limanla tanışlıq və gələcəkdə baş tuta biləcək əməkdaşlıq sahələrini müzakirə etmək olub.

 

Bakı Limanının baş direktorun baş müşaviri Rəşad Kərimov qonaqları Bakı Limanı və burada yaradılmış ən müasir qaydalara uyğun şəraitlə tanış edərək Çin hökumətinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” layihəsinin Bakı Limanının inkişafına verə biləcəyi dəyərdən və bu təşəbbüsün önəmindən danışıb.

 

Məlumat verilib ki, yeni Bakı Limanının illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 min TEU konteyner təşkil edir. Ən yeni avadanlıqlarla təmin olunan limanda əməliyyatlar avtomatlaşdırılıb ki, bu da həm liman işçiləri, həm də yük sahiblərinin onlayn rejimdə yüklər ilə bağlı məlumat əldə etmələrini daha da rahatlaşdırır.

31.08.2018 10:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ