Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Pompeodan Rusiyaya İdlib xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pompeodan Rusiyaya İdlib xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın xarici işlər naziri Mike Pompeo, Rusiya və Suriyanın İdlibdə başlayacağı ehtimal bir hərbi əməliyyatın ABŞ tərəfindən "onsuz da təhlükəli bir qarşıdurmanın qızışması kimi" görüləcəyini bildirib.
 

"Marja" xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo, İdlibdəki son vəziyyətlə bağlı Twitter hesabından açıqlama verib.
 

Moskvaya İdlib barədə xəbərdarlıq edən Pompeo, bunları qeyd edib:
 

"Sergey Lavrov, İdlibə Suriya və Rusiyanın edəcəyi hücumu müdafiə edir. Ruslar və Əsəd buna yol verməmək mövzusunda razılaşmışdılar. ABŞ bunu onsuz da təhlükəli bir qarşıdurmanın qızışması kimi görür. Onsuz da evlərini tərk etmək məcburiyyətində qalan və hazırda İdlibdə olan 3 milyon suriyalı bu hücuma görə əzab çəkəcəklər. Bu yaxşı deyil. Dünya bunu izləyir".
 

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert də əvvəlki gün keçirdiyi mətbuat brifinqində Rusiyanın dəstəklədiyi Əsəd rejimihücumunun İdlibdəki vəziyyəti daha pis hala gətirəcəyini qeyd etmiş, kimyəvi silah istifadə edilməsi vəziyyətində isə ABŞ-ın variantlarının müəyyən olduğunu söyləmişdi.
 
 ABŞ-ın müdafiə naziri James Mattis də Suriyada Bəşşar Əsəd rejiminin müxaliflərin yerləşdiyi bölgəyə kimyəvi silahları daşıdığına dair iddialara, "Bizim kimyəvi silah istifadəsinə qarşı verdiyimiz reaksiyanı iki dəfə görmüsünüz", -ifadəsini işlətmişdi.

01.09.2018 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ