Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azərsu”yun investisiyaları 3,3 milyard manatı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsu”yun investisiyaları 3,3 milyard manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 Dekabr 2017-ci il tarixinə “Azərsu”yun dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyaları 1 milyard 61 milyon 391 min manata çatıb.

 

Reklam_3_11

“Marja” “Azərsu” ASC-nin hesabatına istinadən xəbər verir ki, bu, 272 milyon 148 min manat və ya 34,5% çoxdur. 2016-cı ilin sonunda dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyalar 789 milyon 243 min manat təşkil etmişdi.

 

Ötən il dövlət büdcəsindən maliyyələşdirilmiş investisiyalar isə 526 milyon 643 min manat və ya 23,5% artaraq 2 milyard 765 milyon 200 min manata çatıb.

 

“Azərsu” ASC-nin cəmi investisiyaları 3,3 milyard manatı keçib.

 

“Azərsu” kreditləri Dünya Bankı, KfW, Natixis, Asiya İnkişaf Bankı (AİB ) və Azərbaycan Beynəlxalq Bankından (ABB) cəlb edib. Dünya Bankı və KfW –dən  kredit illik 0.75%-lə, Natixis-dən illik 2.45%-lə, AİB-dən 2.5%-lə, ABB-dən isə 1%-lə cəlb edilib.

 

31 Dekabr 2017-ci il tarixində “Azərsu”yun cəmi kredit borcu 238 milyon 805 min manat təşkil edib. 31 Dekabr 2016-cı il tarixində bu məbləğ 421 milyon 929 min manat idi.

01.09.2018 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ