Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Türkiyədə Rusiya neftini istifadə edəcək - SAZİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə Rusiya neftini istifadə edəcək - SAZİŞ

SOCAR Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə Kontrakt imzalayıb.

 

Reklam_3_11

SOCAR-dan "Marja"ya bildirilib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Rosneft”in baş icraçı direktoru İqor Seçin imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.

 

Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.

 

“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanan bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan “Star” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. “Star” neft emalı zavodunun bu ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

01.09.2018 15:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ