Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan yumurta ixracını 42 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan yumurta ixracını 42 dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin birinci yarısında Azərbaycan quşçuluq təsərrüfatlarının istehsal göstəricilərinin azalmasına baxmayaraq, yumurta ixracını 42 dəfə artırıblar. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Altı ay ərzində İran, Əfqanıstan, İraq, Qətər və Gürcüstana 41 milyondan çox yumurta satılıb. İxracatçılar satışdan 2 milyon 332,5 min ABŞ dolları məbləğində gəlir əldə ediblər. Bu, 2017-ci ilin eyni dövründəki göstəricidən 37 dəfə çoxdur. 2016-cı ilin eyni dövründə Azərbaycan bu quşçuluq məhsullarının ixrac etmirdi. Əksinə, xaricdə (əsasən Türkiyədə) 15,3 milyon yumurta satın alıb, bunun üçün 626,5 min dollar xərclənib.

 

Toyuq yumurtalarının idxal və ixrac əməliyyatlarında köklü dəyişiklik 2016-cı ilin üçüncü rübündə Nazirlər Kabinetinin qərarı ilə bir sıra məhsullara, o cümlədən əmtəə yumurtanın 1000 ədədinə 100 dollar məbləğində xüsusi idxal rüsumu tətbiq ediləndən sonra başlandı.

 

Bu ilin birinci yarısında yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd təşkil edib

 

Maraqlıdır ki, bu il də Azərbaycan reproduktiv yumurtaların idxalını 26,6 milyondan 12,5 milyona endirib. 

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Contact

03.09.2018 05:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ