Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sağlamlıq turizmi üzrə inkişaf strategiyası hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sağlamlıq turizmi üzrə inkişaf strategiyası hazırlanıb

Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər.

 

Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti Ruslan Quliyev deyib.

 

R.Quliyevin sözlərinə görə, strategiya demək olar ki, artıq hazırdır və yaxın gələcəkdə Azərbaycan Milli Məclisinə təqdim edilməlidir.

 

Assosiasiya sədri bildirib ki, ilin əvvəlində 2018-2020-ci illər üçün nəzərdə tutulmuş "Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı"nın qəbul edilməsi planlaşdırılırdı, amma nazirlikdə islahatlar və turizm üzrə yeni Dövlət Agentliyinin yaradılmasına görə bu proses bir qədər yubanır:

 

"Ümumiyyətlə, fəaliyyət planının qəbulu prioritet olaraq qalır. Çox güman ki, inkişaf strategiyası qəbul edildikdən sonra bu sənəd təsdiq ediləcək".

 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyi qəbul edib. R.Quliyev vurğulayıb ki, təşkilata rəhbərliyin Azərbaycana keçməsi ölkədə turizmin daha da inkişafına şərait yaradacaq.

 

Xatırladaq ki, Azərbaycan 2014-cü ildən 60 ölkənin təmsil olunduğu bu beynəlxalq təşkilatın üzvüdür.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Trend

03.09.2018 06:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ