Ən yuxarı statik reklam-3_3

Üzüm 20-25 faiz çox olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Üzüm 20-25 faiz çox olacaq

Sovetlər dövründə Azərbaycanda ən çox üzüm məhsulu Cəlilabad rayonunda istehsal olunurdu. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan aqrar bölmənin bu gəlirli sahəsi yenidən inkişaf etdirilir.

 

Reklam_3_11

Fermerlər tərəfindən bağlara göstərilən aqrotexniki qulluq sayəsində bu il rayonun üzüm bağlarında keçən illə müqayisədə bol məhsul yetişdirilib.

 

Hazırda rayonun üzüm bağlarında əsasən daha tez yetişən süfrə üzüm növləri yığılır.

 

Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı çərçivəsində rayona ən müasir texnikalar, mineral gübrələr və məhsuldar üzüm növləri gətirilib. Xaricdən gətirilmiş tinglər hesabına rayonda yeni bağlar salınıb. Gətirilən üzüm növlərindən “Kardinal”, “Alfons”, “Dallas”, “Sentinial” və digərləri yerli iqlim şəraitinə uyğunlaşdırılıb.

 

Üzümçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları nikbindirlər. Çünki bağlarda bol məhsul yetişdirilib. Onların fikrincə, bu il üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə 20-25 faiz çox olacaq.

 

Tədarük edilən üzüm məhsulu yerli bazarlarla yanaşı, xaricə də çıxarılır.

 

Qeyd edək ki, ötən il rayonun üzüm bağlarından 13 min ton məhsul toplanıb. Bu il isə bu rəqəmin 15 min tona çatdırılması nəzərdə tutulub.

03.09.2018 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ