Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərsu” nədən ziyanla işləsin ki?!"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Azərsu” nədən ziyanla işləsin ki?!"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, "Azərsu" ASC  2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vumrduğunu açıqlayıb.

 

Reklam_3_11

ASC qeyd edib ki, zərərin səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır. Belə ki, 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN olsa da, orta satış qiyməti isə 0.74 AZN olmuşdur.

 

HƏMÇİNİN OXU: "Azərsu", su və kanalizasiyanın 2 dəfə bahalaşması lazım olduğuna işarə etdi

 

Bu açıqlamanı iqtisadçı Natiq Cəfərli Facebook səhifəsində şərh edib və qurumun xərcinin niyə çox olduğunu göstərib: ““Azərsu”dan bəyan ediblər ki, suyu mayasından 2 dəfə ucuz satırlar deyə ziyanla işləyirlər. Amma bir Allahın qulu çıxıb demir ki, “Azərsu” maya dəyərini necə hesablayır?! Xəttləri büdcədən ayrılan pulla çəkirlər, “Azərsu” həm də dotasiya və vergi güzəştləri alır (vergi borcu tez-tez silinir) su da ki, havayı Kürdən axır, Qəbələ-Oğuz-Bakı kəməri ilə öz axarı ilə gəlir... “Azərsu” nədən ziyanla işləsin ki?! 

 

Səbəbini deyim. Mən özüm 3 il beynəlxalq layihə çərçivəsində “Azərsu”da işləmişəm, gördüyüm mənə bəs edər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Burada 10 mindən çox işçi çalışır, çalışır deyəndə ki, bunun 2000-i işləyir, qalanları havayı maaş alır, əksəriyyət rəhbərliyin qohum-əqrabasıdır. “Azərsu”da Sədərək bazarında metri 80 qəpik olan şlanq 7 manata rəsmiləşdirilir, bir il ərzində təmir-tikinti işlərində olan yeyinti miqdarı Qızıl Ordanın Rusiyadan 300 ilə aldığı xəracdan da çox olur - bu yetim maya dəyəri şişməsin neyləsin?! 

 

İddia edirəm ki, Azərsuda normal, dürüst idarəetmə olsa suyun qiymətini aşağı salmaq, hətta gəlirlə işləyib büdcəyə yüklü miqdarda vergi də ödəmək olar”.

03.09.2018 06:51

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ