Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Builki mövsümdə Balakən rayonunda 7040 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılıb. Artıq təsərrüfatlarda qarğıdalı yığımına start verilib. İlk olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda yığım aparılır. İndiyədək rayonda 1200 tona yaxın dən qarğıdalı istehsal olunub. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.

 

Reklam_3_11

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

 

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2017-ci ildə balakənli fermerlər 6 min 885 hektar qarğıdalı sahəsindən 43 min 152 ton məhsul əldə ediblər.

03.09.2018 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ