"Amrahbank" depozit faizlərini daha da cəlbedici etdi

(®) Cari ilin avqust ayının 20-dən etibarən "Amrahbank" ASC depozit faizlərini yeniləyərək öz müştəriləri üçün daha da cəlbedici edib.

 

Belə ki, milli valyuta üzrə “Lider”və “Güvən” əmanət növlərinin faiz dərəcələri 13,5%-dək, “Avans” əmanətinin faiz dərəcəsi isə 11%-dək artırılıb.

 

Bu gün “Amrahbank”ın bazara təqdim etdiyi əmanətlər və onların şərtləri, gəlirlilik və etibarlılığın ən yaxşı göstəricisi hesab edilə bilər. 

 

Bir daha bildiririk ki, hazırda “Amrahbank”da milli valyuta ilə həm illik gəlirlərin götürülmə müddətindən (aylıq, rüblük, yarımillik, illik, müddətin sonunda), həm də əmanətin  müddətindən asılı olaraq müştərilərə 13,5%-ə qədər illik gəlir təklif olunur.

 

Qeyd edək ki, “Amrahbank”da yerləşdirilən bütün növ əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

3 Sentyabr 2018 , 10:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin