Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gənc iqtisadçılar arasında müsabiqəyə məqalələrin qəbulu davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gənc iqtisadçılar arasında müsabiqəyə məqalələrin qəbulu davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu gənc iqtisadçı tədqiqatçılar arasında "NBC Bank" ASC-nin baş sponsoruğu ilə elmi məqalə müsabiqəsi keçirir.


 

AMEA Rəyasət Heyətinin "AMEA İqtisadiyyat İnstitunun 60 illiyinin keçirilməsi haqqında" 14 fevral 2018-ci il tarixli qərarını, İqtisadiyyat İnstitutunun Elmi Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarını əsas tutaraq, AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə gənc iqtisadçı tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi keçirilir.

 

Müsabiqə Komissiyası tərəfindən məqalələrin qəbul edilməsi üçün son tarix 2018-ci ilin 30 sentyabrı müəyyən edilib. Müsabiqənin qalibi olan müəlliflərə fəxri diplomlar və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunacaq:

 

                1-ci yer (bir mükafat) – I dərəcəli Diplom və 1500 manat

                2-ci yer (iki mükafat) – II dərəcəli Diplom və 1000 manat

                3-cü yer (üç mükafat) – III dərəcəli Diplom və 500 manat

 

Müsabiqə 35 yaşına qədər tədqiqatçıların son 2 ildə elmi məcmuələrdə dərc edilmiş, iqtisadiyyatın müxtəlif sahələrini əks etdirən məqalələr üzrə keçirilir. Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim edilə bilər. Tezis şəklində çap olunmuş elmi işlər müsabiqədə iştirak edə bilməz.

 

Müsabiqənin baş sponsoru NBCBank-dır.

 

Məqalələr bu ünvanda qəbul olunur: Bakı ş. H.Cavid prosp.115. AMEA İqtisadiyyat İnstitutu, 4-cü mərtəbə, otaq 483 (Şəfa Qurbanova).

 

Əlaqə telefonları: (+994 012) 537 22 78; 539 31 12; 537 22 59

03.09.2018 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ