Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İşədüzəlmə şirkətlərinə nəzarət başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşədüzəlmə şirkətlərinə nəzarət başlayır

İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin  elektron formada reyestri aparılacaq

 

Onlar iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məşğulluq orqanlarına məlumat verəcəklər   


 

Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.  

 

Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər  müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər. Onlar toplanılmış informasiyalara dair Məşğulluq Mərkəzləri ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini həyata keçirəcəklər.

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərini pozan hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları da yeni “Məşğulluq haqqında” Qanunda əksini tapıb.

03.09.2018 09:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ