Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Azərsu"dan suyun qiymətilə bağlı AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsu"dan suyun qiymətilə bağlı AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda içməli suyun qiymətinin artırılacağına dair xəbərlər dolaşmağa başlayıb. Buna səbəb isə, "Azərsu" ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin və suyun maya dəyərindən 2 dəfə ucuz satıldığının qeyd olunması olub.

 

Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.

 

Məsələyə münasibət bildirən "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

 

"Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. "Azərsu" ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil" — deyə Cəbrayıllı vurğulayıb.

 

HƏMÇİNİN OXU: "Azərsu", su və kanalizasiyanın 2 dəfə bahalaşması lazım olduğuna işarə etdi

 

© Sputnik Azərbaycan 

03.09.2018 10:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ