Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan məhsulları bahalı olur - MANATIN REAL EFFEKTİV MƏZƏNNƏSİ YÜKSƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsulları bahalı olur - MANATIN REAL EFFEKTİV MƏZƏNNƏSİ YÜKSƏLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan manatının real effektiv məzənnəsi bu il avqustun 1-nə 95,4 bənd təşkil edib.

 

 Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu, iyulun 1-i ilə müqayisədə 0,4 faiz bəndi çoxdur. Əvvəlki ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 2,3 faiz bəndi artıb.

 

Xatırladaq ki, manatının real effektiv məzənnəsi ardıcıl beşinci aydır artır. Belə ki, bu göstərici 2018-ci il iyulun 1-nə 95,0 faiz bənd, iyun ayının 1-nə 94,8 faiz bənd, mayın 1-nə 92,2 faiz bəndi, aprelin 1-nə 91,4 faiz bəndi, martın 1-nə 91,3 faiz bəndi təşkil edib.

 

Real effektiv məzənnənin artmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə ucuzlaşmasıdır. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci il yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.

 

Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

 

Real valyuta məzənnəsi ölkələrin idxal və ixrac həcmini müəyyən edən əsas göstəricidir. Əgər real valyuta məzənnəsi azalarsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha ucuz olmasına gətirib çıxaracaq və əksinə.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

03.09.2018 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ