Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Fermerlər şəraitsiz yerdə saxlanılmış dərmanlardan istifadə edirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fermerlər şəraitsiz yerdə saxlanılmış dərmanlardan istifadə edirlər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 1-2-si tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev İmişli və Beyləqan rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə işləri ilə tanış olub, yerli baytarlıq mütəxəssisləri və təsərrüfat sahibləri ilə görüşlər keçirib.

 

Səfər həmçinin aparılan peyvəndləmə prosesinin şəffaflığına nəzarəti təmin etmək və qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olmaq məqsədi daşıyıb.

 

Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.

 

B.Rzayev təsərrüfat sahibinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğunu qeyd edib. Bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə  və ölüm hallarının baş verməsinə gətirib çıxarır.   

 

Xidmət rəhbəri həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırılmasının vacibliyini vurğulayıb.

03.09.2018 12:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ