Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Pomidor ixracından əldə edilən valyutanın məbləği açıqlandı - İXRACDA BİRİNCİDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pomidor ixracından əldə edilən valyutanın məbləği açıqlandı - İXRACDA BİRİNCİDİR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayı təqdim olunub.

 

Reklam_3_11

İcmalın bu sayında  göstərilir ki, 2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon ABŞ dolları) üçüncü olub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Ümumiyyətlə 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib.

 

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz  artıb.

 

03.09.2018 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ