Yanvarda 1.3 milyard manatı "yedik-içdik"
2017-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3 faiz üstələyərək 2,6 milyard manata bərabər olmuşdur. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
İstehlakçılara 1,3 milyard manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7 faiz çox qeyri-ərzaq məhsulları satılmışdır.
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 2 575,7 | 101,3 |
o cümlədən: | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları | 1 298,2 | 100,8 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 450,9 | 102,1 |
elektrik malları və mebel | 162,5 | 101,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 19,4 | 101,7 |
əczaçılıq və tibbi mallar | 36,8 | 101,9 |
avtomobil yanacağı | 131,1 | 99,8 |
digər qeyri-ərzaq məhsulları | 476,8 | 102,0 |
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4 faizi və ya 1 milyard 298 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar ayında istehlak məhsullarının 12,0 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,9 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
14 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 14 saat əvvəl
-
14 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 15 saat əvvəl
-
17 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 17 saat əvvəl
-
17 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
17 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir