Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PİN kod yığılmadan 50 manat ödəmək olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
PİN kod yığılmadan 50 manat ödəmək olacaq

Azərbaycanda təmassız kartlar ilə şifrəsiz ödənilən məbləğ artırıldı.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib.

 

Dəyişikliyə görə, emitent (və yaxud ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. İndiyə qədər bu məbləğ 20 manat olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Kart sahibi təmassız kart ilə avtomatik olaraq PayWave və PayPass texnologiyaları üzərindən təmassız ödənişlər imkanı əldə edir.

 

Təmassız ödəniş – gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Kartı POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN kod yığılmadan birbaşa həyata keçsin. İndiyədək ödəniş məbləği 20 manatdan çox olduğu halda əməliyyatı həyata keçirmək üçün kartı POS terminala yaxınlaşdırdıqdan sonra PİN kodu yığmaq tələb olunurdu. İndi 50 manatdan yuxarı əməliyyatlar üçün PİN kod tələb olunacaq.

03.09.2018 13:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ